• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Xidmətinin idarə rəisi Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzinə rəhbər təyin olunub

Dövlət Xidmətinin idarə rəisi Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzinə rəhbər təyin olunub
28.09.2024 12:13
Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzinə koordinator təyin edilib.

Bu vəzifə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədova həvalə olunub.


Bu barədə o, özü məlumat verib.

Sentyabrın 24-də Dövlət Xidməti, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ("ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum, Azərbaycanda ilk dəfə təşkil olunmuş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans çərçivəsində imzalanıb.

Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək məqsədilə ölkədə Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi fəaliyyətə başlayacaq. Tvinninq Mərkəzi, tədqiqat və təhsil təşəbbüsləri vasitəsilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahələrində beynəlxalq əməkdaşlığı və qarşılıqlı əlaqələri genişləndirməyi hədəfləyir.

Anlaşma Memorandumuna uyğun olaraq Dövlət Xidməti Tvinninq Mərkəzinin fəaliyyəti üçün inzibati və strateji dəstək verəcək, təlimlərin keçirilməsi üçün təlimçilər cəlb edəcək, İnkişaf və Diplomatiya İnstitutu birgə elmi nəşrlər hazırlanmasına, akademik əməkdaşlığın həyata keçirilməsinə dəstək göstərəcək və kiberdiplomatiya mövzusunda təlimlərin təşkilində iştirak edəcək. "ICI Buxarest” Tvinniq Mərkəzdə elmi-tədqiqat və tədris proqramlarının hazırlanması və həyata keçirilməsində, birgə layihələrin koordinasiya edilməsində, kiberdiplomatiya sahəsində tədqiqat və tədrislə bağlı təcrübə mübadiləsində iştirak edəcək

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol