• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbul imtahanlarının vaxtlarında dəyişikliklər edildi

Qəbul imtahanlarının vaxtlarında dəyişikliklər edildi
03.02.2014 16:35
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ilin qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edib.Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əvvəlki illərin məzunları üçün qəbul imtahanları may ayında keçiriləcək. Bu ilin məzunları (yəni tam orta məktəbi 2014-cü ildə bitirənlər) isə qəbul imtahanlarını əvvəlki illərdə olduğu kimi, iyul ayında verəcəklər. Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin orta ixtisas təhsil müəssisələrini bu il bitirib ali təhsil almaq istəyən məzunlar üçün qəbul imtahanları isə iyul ayında keçiriləcək. Həm əvvəlki illərin, həm də bu ilin məzunları üçün ixtisas seçimi və müsabiqə eyni vaxtda - ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra keçiriləcək.Digər nəzərdə tutulan dəyişiklik ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin ümumi (9 illik) təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında aparılması ilə əlaqədardır. Bu imtahan 9-cu sinfi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həm də həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq. Onlar imtahanı 2 fəndən - ana dili və riyaziyyatdan verəcəklər. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanacaq. Həmin imtahanın iyunun sonunda keçirilməsi nəzərdə tutulur.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol