Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq komaya düşüb

Bakının Yasamal rayonunda 14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.
APA xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.
2010-cu il təvəllüdlü Hüseynzadə Fərid Fəxri oğlu binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin dəqiq səbəbi araşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























