• $
  • €
  • ₽
  • ₺
  • £

Oktyabrın 6-10-da meteor yağışı müşahidə ediləcək

Oktyabrın 6-10-da meteor yağışı müşahidə ediləcək
01.10.2024 11:46
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Bakıda Drakonid meteor yağışı bütün gecə ərzində müşahidə olunacaq.

Qeyd edilib ki, Drakonid saatda cəmi 10 meteor istehsal edən kiçik meteor yağışıdır. O, ilk dəfə 1900-cu ildə kəşf edilmiş "21P Giakobini-Zinner” kometinin qoyub getdiyi toz dənələri tərəfindən əmələ gəlir. Kometin Günəş ətrafında bir dövrü tamamlaması təxminən 6,6 il çəkir.

Meteor yağışları Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə yaranır. Zaman keçdikcə bu axınlardakı quma bənzər parçalar Günəş sistemi ətrafında ana cismin orbitinin uzunluğu boyunca paylanır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda, adətən, təxminən 70-100 km yüksəklikdə "düşən” ulduzlar görünür. Ən çox meteor görmək üçün birbaşa yağışın mənbəyinə deyil, səmanın ondan təxminən 30-40° uzaqlıqdakı hər hansı qaranlıq hissəsinə baxmaq lazımdır. Məhz yağışın mənbəyindən bu məsafədə meteorların əksəriyyəti görünür.










www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol