• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosuna daha 2 yeni qatar gətirilib

Bakı metrosuna daha 2 yeni qatar gətirilib
02.10.2024 10:32
"Bakı Metropoliteni” QSC-nin sifariş etdiyi qatarlardan daha 2-si paytaxta çatdırılıb. Bununla da, 2024-cü ildə Bakı metrosuna gətirilmiş yeni qatarların sayı 4-ə çatıb.

Yaxın 3 ildə metroda 65 yeni nəsil vaqonu və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq. Bu qatarlardan 7-si və yaxud 35 vaqon 2024-cü ildə Bakıya gətirilməlidir.

Yeni qatarlar innovasiyalar baxımından sonuncu - 4-cü nəslə aid texnologiyalar əsasında istehsal olunacaq. Rusiyada layihələndirilərək istehsal olunan vaqonların təchizatı "Bakı Metropoliteni”nin texniki şərtləri əsasında həyata keçirilir. Texniki şərtlərdə qatarların idarəetməsi, texnoloji təchizatı və sərnişin rahatlığını təmin edən sistem və avadanlıqlar quraşdırılır.

Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Bu isə sərnişin tutumunun artmasına şərait yaradır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin üçün hesablanıb. Vaqonlar arasında birbaşa keçidlər sərnişin salonunun 15 % genişlənməsinə və daha çox sərnişin daşımağa, Bakı metrosu üçün xüsusi əhəmiyyət kəsb edərək sərnişinlərin qatar boyunca hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır. Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə metropoliten üçün ən mühüm məsələlərdən biri kimi, sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir.

Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinasının arxasında olmaqla əlil arabaları üçün yerlər mövcuddur. Mobil cihazları enerji ilə yükləmək üçün USB portlar, müasir məlumatlandırma sistemləri də sərnişin məmnunluğuna müsbət təsir edən elementlərdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol