• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşən Şəxslərə dair mərkəzləşdirilmiş məlumat sistemləri yaradılmalıdır - İCMP

İtkin düşən Şəxslərə dair mərkəzləşdirilmiş məlumat sistemləri yaradılmalıdır - İCMP
02.10.2024 11:30
Dünyada itkin düşən  şəxslərə dair mərkəzləşdirilmiş məlumat emalı sistemləri yoxdur və onları yaratmaq üçün dövlətlərarası ikitərəfli, beynəlxalq və çoxtərəfli əməkdaşlıq vacibdir. Bunu İtkin düşən  şəxslər üzrə büynəlxalq komissiyanın Siyasət və əməkdaşlıq üzrə direktoru Andreas Kleiser bildirib.

"İtkin düşən şəxslərin vətəndaşı olduğu dövlətin ərazisindən kənarda olması hallarının sayı artır. Həmçinin itkin düşən  şəxslər problemi və insanların itkin düşməsinin səbəbləri getdikcə daha çox fərqlənir. Məsələn, miqrasiya böhranına baxsaq, silahlı münaqişələr, qaçqınlıq, insan tərəfindən törədilən fəlakətlər və cinayətkar fəaliyyətlər səbəbindən itkin düşən şəxsləri görərik.Bu müxtəlif vəziyyətlər fərqli qurumların cəlb edilməsini tələb edir və nəticədə məlumatlar mövcud olsa da, istifadəyə yararlı olmur, çünki bu məlumatlar ya hamı üçün, ya da lazım olan şəxslər üçün əlçatan deyil”, - Kleiser bildirib.

Onun sözlərinə görə, məxfiliyi qorumaq şərti mərkəzləşdirilən məlumat emalı sistemlərinin yaradılması və tətbiqi olduqca vacibdir.

Kleisterin fikrincə, Azərbaycan kontekstində, xüsusən də əsirlər, girovlar və itkin düşən şəxslər üzrə Dövlət Komissiyasının rolu nəzərə alınaraq, belə sistemlər daha da genişləndirilə və əlçatan edilə bilər. Həmçinin bu sistemlər Avropa və digər regionlarda da genişləndirilməlidir.

"Başqa ölkələrin Azərbaycan tərəfindən inkişaf etdirilən və inkişaf etməkdə olan təcrübələrdən dərs çıxara biləcəyini nəzərə alsaq, yalnız Aralıq dənizi regionuna və Aİ üzv dövlətlərinə nəzər yetirmək kifayətdir”, - Kleiser deyib.

Onun sözlərinə görə, Avropada, Aİ üzv dövlətlərinin ərazilərində itkin düşən  təxminən 9000 miqrantın taleyini müəyyən etmək üçün   heç bir mərkəzləşdirilmiş sistem mövcud deyil.

"Ona görə də, hər hansı bir inkişaf bu cür tələblərə də yönəlməlidir.
Biz texniki imkanların necə təkmilləşdirilməsi barədə əvvəllər də  müzakirələr aparmışıq. Biz DNK-nın istifadəsi barədə məlumat əldə etmişik və bu sahədə ciddi inkişaf var”, - İCMP təmsilçisi bildirib.

Bu gün dünyada DNK texnologiyasından istifadə edərək itkin düşən  şəxslərin müəyyən edilməsində böyük irəliləyişlər əldə edilib.

N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol