• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanlar belə alınacaq

İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanlar belə alınacaq
04.10.2024 14:06
Aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar. 
 
Bu, Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Layihəyə əsasən, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.
 
Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.

İcbari tibbi sığorta üzrə sığortaolunanların hüquqları sırasına isə aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək, buraxılan dərman vasitələrinin qiyməti, şərti kompensasiya məbləği və "Dərman vasitələri haqqında” qanununa uyğun olaraq digər məlumatları aptek təşkilatından tələb etmək, o cümlədən aptek təşkilatının təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini aptek təşkilatından tələb etmək daxil edilir.
 
Şərti kompensasiya məbləği pozitiv siyahıya daxil olan dərman vasitələrinə görə sığorta ödənişinin həyata keçirilməsi üçün bu Qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilən məbləğ olacaq. Pozitiv siyahıya daxil edilən dərman vasitələrinə görə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən şərti kompensasiya məbləğinə əsasən ödəniləcək. Pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinə görə eyni şərti kompensasiya məbləği ödənilir. Pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinin pərakəndə satış qiyməti və şərti kompensasiya məbləği arasında yaranan fərq sığortaolunan tərəfindən ödəniləcək. Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Xidmətlər zərfində nəzərdə tutulmuş stasionar şəraitdə istifadə olunan dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) üzrə dərman vasitələrinin və tibb vasitələrinin dəyəri tibbi xidmətlərin tariflərinin tərkib hissəsidir və bu halda sığorta ödənişi müqavilədə qeyd olunmuş həcmdə ödəniləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol