• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Qasımovun səhhətinin pisləşdiyi deyilir

Fazil Qasımovun səhhətinin pisləşdiyi deyilir
04.10.2024 16:19
 İstanbul Universitetinin doktorantı, hazırda saxta pul hazırlamaqda ittiham olunduğu üçün həbsdə 110 gündür aclıq edən iqtisadçı Fazil Qasımovun səhhəti pisləyib. Bu barədə Turan agentliyi məlumat yayıb. 
 
Agentlik onun yaxınlarının verdiyi açıqlamaya istinad edərək qeyd edib ki, Qasımovun 2 gündür qızdırması yüksəlib. 
 
"Fazil hər an komaya düşə bilər. Artıq bir dəri, bir sümükdən ibarətdir. İmmuniteti zəifləyib. Dünəndən  Fazilin temperaturu 39 dərəcədən aşağı düşmür.",- Qasımovun qohumu bildirib.
 

Bir neçə gün öncə  Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən Gununsesinfo bildirilib ki, Fazil Qasımovun səhhəti stabildir.
 
İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana aparılıb və Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Onun həbsinin analoji ittihamlarla üzləşən Qubad İbadoğlunun işi ilə bağlı olduğu bildirilir. 
 
Qubad İbadoğlu hazırda səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. 
 
Aytac 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol