• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni bulvar salınır – VİDEO

Bakıda yeni bulvar salınır – VİDEO
04.10.2024 23:14
"Qanlı göl”ün ətrafında bulvar salınması işlərinə başlanılıb.Bu barədə Trend-ə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, layihəyə əsasən, gölün ətrafı bulvar olacaq.

"Hazırda gölün təmizlənməsi üçün işlər görülür, yol salınır, ağaclar əkilir və düzləmə işləri gedir. Bulvarın nə vaxta hazır olacağı hələ məlum deyil. Layihə orada bina tikən tikinti şirkətinin üstünə öhdəlik olaraq qoyulub”, – Yasamal RİH-dən bildirilib.

Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov bildirib ki, ümumiyyətlə, parkların və bulvarların salınması, şəhərin estetik görünüşünü artırmaqla yanaşı, bir neçə mühüm fayda da gətirir.

"Qanlı göl” ətrafında bulvarın salınması şəhərin mənzərəsini daha cəlbedici edəcək. Bulvarlar şəhər sakinləri və turistlərin istirahət və əyləncəsi üçün çox yaxşıdır. Yaşıl sahələrin artırılması şəhərin ekoloji balansını yaxşılaşdıracaq.

Ağaclar və digər bitki örtüyü havanın keyfiyyətini artıraraq, ekosistemə müsbət təsir göstərə bilər. "Qanlı göl” ətrafında bulvarın salınması şəhərin görünüşünü gözəlləşdirmək, ekoloji tarazlığı artırmaq və ictimai həyatın canlanmasına kömək edəcək. Bu cür layihələr həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici bir mühit yaradır”, – deyə o qeyd edib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol