Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.Bu barədə DİM-dən bildirilib.
İmtahan saat 13:00-da başlanır.Saat 12:45-dən sonra gələn iştirakçılar imtahana buraxılmırlar. İştirakçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.
Təqdim edilən proqram əsasında ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların peşə üzrə ümumi biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























