• $
  • €
  • ₽
  • ₺
  • £

COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verilib

COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verilib
08.10.2024 13:06
COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən konfrans məkanından iaşə xidmətlərinin təşkili üzrə portal istifadəyə verilib.

Bu ilin 11-22 noyabr tarixlərində COP29 iqlim konfransında iştirak üçün müxtəlif ölkələrdən Bakıya səfər edəcək çoxsaylı qonaqların müsbət ziyarətçi təcrübəsi, o cümlədən qidalanma, qonaqlama, nəqliyyat və digər xidmətlərdən səmərəli istifadəsinin təmin edilməsi istiqamətində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən müvafiq işlər davam etdirilir.

Belə ki, konfrans müddətində tədbir məkanında fəaliyyət göstərəcək müxtəlif iaşə xidmətləri iştirakçıların rahatlığını təmin etmək məqsədilə vahid portal üzərində təqdim edilib. Ziyarətçilərin fərqli qidalanma mədəniyyəti və müxtəlif zövqləri nəzərə alınaraq portalda vegetarian, veqan, qlütensiz, südsüz və halal yeməklər də daxil olmaqla geniş menyu seçimi mövcuddur. Portal vasitəsilə Yaşıl və Mavi Zonaların iştirakçıları fərdi qidalanma sifarişləri ilə yanaşı, həmçinin öz qonaqları üçün çay və nahar fasilələri, qəlyanaltı təchizatı kimi xidmətləri sifariş etmək imkanından yararlana biləcəklər.

COP29 məkanında fəaliyyət göstərəcək hər növ iaşə xidmətləri dayanıqlılıq prinsipləri əsasında təşkil ediləcək. Belə ki, yerli və mövsümi məhsullardan istifadə edilməsinə üstünlüyün verilməsi daşınma məsafəsinin qısaldılması ilə karbon izinin azaldılmasına nail olmaqla yanaşı, həmçinin regional fermerlərə dəstək baxımından əhəmiyyətlidir.

Bundan əlavə, tədbir məkanında tullantıların azaldılması məqsədilə məkanda birdəfəlik plastikdən istifadənin minimuma endirilməsi, qida hazırlanması, saxlanılması və təqdimatında ekoloji cəhətdən təmiz üsullara üstünlüyün verilməsi və bu kimi digər amillər konfrans məkanında fəaliyyət göstərəcək iaşə obyektlərinə qoyulan başlıca tələblərdəndir.

Burada fəaliyyət göstərəcək personalın peşəkar xidmət səviyyəsinin, eləcə də qida təhlükəsizliyi normalarına uyğunluğunun təmin olunması üçün COP29 Azərbaycan ƏŞ tərəfindən işçi heyətə müvafiq təlimlər keçirilib.

Tədbir məkanında iaşə xidmətlərinin rezervasiyası üçün sözügedən portala keçid edə bilərsiniz. Ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol