İsrail ordusu Qəzzada 45 obyekti hədəf aldığını açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri son sutkada Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında 45-ə yaxın obyektinə zərbələr endirib.
Bu barədə İsrail Hərbi Hava Qüvvələrinin Baş Qərargahından bildirilib.
Məlumata görə, hücumlar xüsusilə hərbi infrastruktur obyektlərini və silahlı qrupları hədəf alıb.
Bildirilib ki, döyüş zamanı qumbaraatan və AK-47 tüfəngləri də daxil olmaqla silahların yerini müəyyənləşdirərkən, infrastruktur obyektlərini və İsrail ərazisinə atəş açmağa hazır olan raket qurğularını sökərkən onlarla əsgərini məhv ediblər.
2023-cü il oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarının Qəzzadan İsrail ərazisinə qəfil hücum etməsi, İsrailin sərhəd qəsəbələrinin sakinlərini öldürməsi və qadınlar da daxil olmaqla 240-dan çox insanı girov götürməsi Yaxın Şərqdə gərginlik yenidən alovlandığı açıqlanıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























