• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell COP29 ərəfəsində “Turist” tariflərini yeniləyir

Azercell COP29 ərəfəsində “Turist” tariflərini yeniləyir
09.10.2024 16:24
Ölkəmizə səfər edəcək xarici qonaqlar üçün telekommunikasiya xidmətləri Azercell ilə artıq daha rahat və əlçatandır 

Azercell şirkəti 8 oktyabr 2024-cü il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid "Turist” tarif paketlərini yeniləyərək daha sərfəli və rahat istifadə imkanları təqdim edir. 

Ölkə qonaqlarının mobil internetdən istifadəyə üstünlük verdiyini diqqət mərkəzində saxlayan Azercell "Turist” tariflərində bu xidmətdən istifadə imkanlarını genişləndirir. Yenilənmiş tariflər çərçivəsində sosial media üçün nəzərdə tutulan internet həcmi ümumi istifadə üçün ayrılan internet həcmi ilə birləşdirilir. Nəticədə "Xoş gəldin”, "Super” və  "Maks” tariflərində ümumi istifadə üçün nəzərdə tutulan internet həcmi 2 dəfə artırılır.  
İndi "Xoş gəldin” tarifinin istifadəçiləri ay ərzində 30 GB internet, "Super” tarifinin istifadəçiləri 60 GB internet və "Maks” tarifinin istifadəçiləri 120 GB internet həcmindən yararlana bilərlər. 
 

 
Eyni zamanda, "Turist” nömrələri və tarif paketlərinin istifadə müddəti 15 gündən 30 günə qədər uzadılır. Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi olan əcnəbi vətəndaşlar 30 günlük müddət bitdikdən sonra müvafiq sənədlər təqdim edərək "Turist” və digər tariflərdən istifadəni davam etdirə biləcəklər.

Qeyd edək ki, "Turist” tarif paketlərinə qoşulmaq üçün əcnəbi vətəndaşlar xarici pasport ilə istənilən Azercell Eksklüziv ofislərinə və ya rəsmi dilerlərinə müraciət edə bilərlər. 

Azercell-in rəsmi veb-səhifəsinə keçid edərək tariflər barədə daha ətraflı məlumatla tanış olmaq mümkündür. 
Qeyd edək ki, bu yeniliklər Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP29) və digər beynəlxalq tədbirlər ilə əlaqədar həyata keçirilir. 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol