• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
10.10.2024 19:36
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Biləsuvar, Bakı-Kürdəmir, Sumqayıt-Göyçay, Bərdə-Şəki, Bərdə-Naftalan, Gəncə-Qəbələ, Gəncə-Zaqatala, Mingəçevir-Ağcabədi, Mingəçevir-Ağdaş şəhərlərarası, eləcə də paytaxtın 159 nömrəli şəhərdaxili, 156 nömrəli və 508 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 8 noyabr 2024-cü il saat 17:00-dək  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. 

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Biləsuvar və Bakı-Kürdəmir istiqamətlərində 4 Lot üzrə noyabrın 19-da;

Sumqayıt-Göyçay, Bərdə-Şəki, Gəncə-Qəbələ və Gəncə-Zaqatala istiqamətlərində 4 Lot üzrə noyabrın 22-də;

Mingəçevir-Ağcabədi və Mingəçevir-Ağdaş istiqamətlərində 3 Lot üzrə noyabrın 26-da;

Paytaxtın 159 nömrəli şəhərdaxili (Çiçək qəsəbəsi–"20 Yanvar” metrostansiyası) və 156 nömrəli şəhərətrafı ("Memar Əcəmi” metrostansiyası–Hökməli qəsəbəsi) avtobus marşrutları üzrə 2 Lotda noyabrın 29-da;

Paytaxtın 508 nömrəli şəhərətrafı (BBAK–Saray qəsəbəsi) avtobus marşrutu üzrə və Bərdə-Naftalan istiqamətində 2 Lotda dekabrın 3-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol