• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
11.10.2024 09:38
İnnovasiya və sürət lideri "Bakcell”in tərəfdaşı olduğu "INMerge” İnnovasiya Sammiti uğurla davam edir. Tədbirin ilk günündə "Bakcell”in baş icraçı direktoru Klaus Müller "Aparıcı telekom şirkətlərinin uğurlu strategiyaları" adlı panel müzakirəsinə qatılıb. 
 
Tədbirdə Klaus Müller ilə yanaşı, "Vodafone Group”un regional direktoru Yohannes Hummer, "GSMA”nın strateji əlaqələr üzrə direktoru Tair İsmailov və "Silknet”in İT direktoru Cheibanny Nagi də iştirak edib. Sessiyada çıxışı zamanı  Klaus Müller "Bakcell” həyata keçirdiyi innovativ layihələr və məhsullar, gələcək planlar, həmçinin şirkətin "Vodafone Group”la olan strateji tərəfdaşlığının əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, "Bakcell” və "Vodafone Group” arasında əməkdaşlıq ölkəmizdə abunəçilərə süni intellekt əsaslı innovativ həllər və texnologiyalar təqdim etməyə imkan verəcək. Qeyd olunub ki, "Vodafone Group”la əməkdaşlıq çərçivəsində artıq "Bakcell” Azərbaycanda ilk dəfə süni intellekt əsaslı tarif məsləhətçisini istifadəyə verib. İştirakçılara "Bakcell”in "Kapital Bank” və "Uber”lə birgə həyata keçirdiyi layihələr barədə məlumatlar təqdim olunub.

 Bundan əlavə, "Bakcell” "INMerge” İnnovasiya Sammitində olan stendi qonaqların böyük marağına səbəb olub. Ziyarətçilər stenddə "Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirib, virtual reallıq (VR) texnologiyası, şirkətin müxtəlif məhsul və xidmətləri ilə tanış olublar.

Tədbir çərçivəsində, həmçinin "Bakcell”in süni intellekt dəstəkli çat-botu təqdim edilib. 

Qeyd edək ki, oktyabrın 10-11-i tarixlərində keçirilən "INMerge” İnnovasiya Sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
 
"Bakcell” haqqında
 
"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
 "Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol