• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabineti uçuşların təhlükəsizliyinə nəzarətlə bağlı qərar verib

Nazirlər Kabineti uçuşların təhlükəsizliyinə nəzarətlə bağlı qərar verib
11.10.2024 15:16
Nazirlər Kabineti "Uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi Qaydası”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda "Aviasiya haqqında” qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyanın 83 bis maddəsinə, habelə həmin maddənin tətbiqinə dair 295 nömrəli Sirkulyara uyğun olaraq hazırlanıb.

Qayda ilə tənzimlənməyən məsələlər "Aviasiya haqqında” qanuna, Konvensiyanın 83 bis maddəsinə, habelə Sirkulyara uyğun olaraq həyata keçirilir.
Qayda mülki hava gəmilərinin istismarı zamanı uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məqsədilə ölkədə qeydiyyatdan keçmiş, lakin başqa dövlətin istismarçısı tərəfindən istismar edilən hava gəmisinə, habelə digər dövlətdə qeydiyyatda olan, lakin Azərbaycanda istismar edilən hava gəmisinə münasibətdə uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair münasibətləri tənzimləyir.

Uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq öhdəliklərin və məsuliyyət dairəsinin dəqiq müəyyən edilməsi zərurətindən irəli gələrək, uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi Konvensiyanın 83 bis maddəsinə əsasən bağlanılan və nümunəsi Sirkulyarla müəyyən edilmiş uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair müqavilə əsasında həyata keçirilir.

Müqavilənin yerinə yetirilməsinə məsul tərəflər qismində Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv dövlətlər adından mülki aviasiya orqanlarının qeydiyyat dövləti və istismarçı dövləti çıxış edir. Müqavilə əsasında ötürülən funksiyaların və vəzifələrin dairəsi dəqiq müəyyən edilmədikdə onların icrasına görə məsuliyyəti qeydiyyat dövləti daşıyır.

Müqavilə əsasında dairəsi dəqiq müəyyən edilərək ötürülən funksiyalara və vəzifələrə münasibətdə qeydiyyat dövləti məsuliyyətdən azad edilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol