Fazil Qasımovun məhkəməsi oktyabrın 31-də keçiriləcək

İstanbul Universitetinin doktorantı, hazırda saxta pul hazırlamaqda ittiham olunduğu üçün həbsdə 100 gündən çoxdur aclıq edən iqtisadçı Fazil Qasımovun növbəti məhkəməsi oktyabrın 31-nə təyin edilib. Bu barədə Turan agentliyi yazıb.
İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana aparılıb və Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Onun həbsinin analoji ittihamlarla üzləşən Qubad İbadoğlunun işi ilə bağlı olduğu bildirilir.
Qubad İbadoğlu hazırda səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
Aytac
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib