• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni əsirin özü və ailəsi haqda bilmədiklərimiz...

Erməni əsirin özü və ailəsi haqda bilmədiklərimiz...
01.02.2014 14:23

Azərbaycan silahlı qüvvələrinin əsgərləri tərəfindən Tovuzun Əlibəyli kəndində əsir götürülən Ermənistan diversiya qrupunun üzvü Mamikon Xocayanın ailəsi haqda yeni təfərrüatlar üzə çıxıb.Bu informasiyanı Mamikonun yaşadığı Tavuş rayonunun Verin Karmir kəndinin başçısı Kamo Çobanyan yayıb. Onun sözlərinə görə, Mamikonun həyat yoldaşı 55, oğlu isə 35 yaşında ölüb. Onun iki nəvəsi isə Rusiyada avtomobil qəzasında həlak olub, bir nəvəsi də xəstəlikdən ölüb. 

Kamo Çobanyan bildirib ki, Mamikonun oğlu onu yaşadığı Rusiyanın Lipeçsk şəhərinə aparıb. Ancaq Mamikon oğlunun evindən qaçaraq Moskvaya gedib. Kənd başçısı əlavə edib ki, Mamikon son beş ildə fiziki əməklə məşğul olmayıb, yəni o, əsir düşən zaman üzüm yığmağa getməyib.

Xatırladaq ki, bir neçə gün öncə isə Kamo Çobanyan erməni mediasına müsahibə vermişdi ki, Mamikon əlində vedrə üzüm yığmağa gedib. İndi isə onun əvvəl dediyi sözləri inkar etməsi heç də təsadüfi deyil. Sadəcə, kənd başçısı əvvəl dediklərini inkar etməklə, Mamikonun başdan xarab olmasını dünya mediasına sırımaq istəyir. O ki, qaldı, Mamikonun Rusiyada yaşadığı oğlunun yanından qaçmasına, bunun fonunda yəqin Ermənistan gizli kəşfiyyatının əl izləri var. Fakt isə faktlığında qalır, erməni əsir televizya ilə müsahibəsində erməni kəşfiyyatına işlədiyini bildirir.

Qeyd edək ki, Mamikonun 3 oğlu, üç qızı var. O, kənddə oğullarından birinin ailəsi ilə yaşayır.

ANS PRESS

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol