• $
  • €
  • ₽
  • ₺
  • £

Biz qara hazır idik? – SORĞU

Biz qara hazır idik? – SORĞU
01.02.2014 14:00

Bu mənzərənin dəfələrlə şahidi olmuşuq: havalar pisləşib, qar, yağış yağıb və bu zaman ölkənin əksər yerlərində, xüsusən də paytaxtda və ona yaxın ərazilərdə bir çox sosial problemlər ortaya çıxıb.

Fevral ayının gəlişi ilə ölkə ərazisində havalar kəskin pisləşdi və bununla bağlı hökumət komissiyası yaradıldı. Hətta paytaxtda, eləcə də Sumqayıtda sığınacaqlar quraşdırıldı. Qışa - soyuq havalara hazırlıq bu qədər olmalıdırmı?ANN.Az olaraq şəhərin müxtəlif regionlarında yaşayan ictimai xadimlər arasında sorğu təşkil edib. Biz qara hazırıqmı?Jurnalist Aqil Aslan açıqlamasında qara hazır olmadığımızı bildirib və mərmərlə Bakını Dubaya bənzətmək istəyənləri qınayıb: “Müşahidələrim göstərir ki, Bakı şəhəri əvvəlki illərdə olduğu kimi yenə də qara hazır deyildi. Xüsusilə şəhərin mərkəzindən kənar hissələrində yollar qardan təmizlənmir ki, bu da avtomabillərin hərəkəti üçün çətinlik yaradır. Paytaxt rəhbərliyi bütün bunları nəzər almalıdır. Həmçinin piyadaların daha çox hərəkət etdiyi səkilər, parklar da qardan təmizlənməlidir. Çox təəssüf ki, müvafiq strukturlar şəhərdə hansısa park və ya səki saldıqda sürüşkən döşəmədən, kafeldən istifadə edirlər. Hətta pilləkənləri də sürüşkən kafeldən düzəldirlər. Qar yağanda insanlar belə yerlərdən keçəndə sürüşüb yıxılır və xəsarət alırlar. Ona görə də paytaxt rəhbərliyi Azərbaycanın iqlim şəraitini nəzərə alıb sonra addım atmalıdır. Bəzən deyirlər ki, Bakını Dubaya bənzətmək istəyirik. Hər yerə də sürüşkən mərmər döşəmə salırlar. Bakını Dubaya bənzətmək istəyənlər nəzərə almırlar ki, Dubayda heç vaxt qar yağmır...”Şairə Cəvahir Qaraqızı açıqlamasında hazır olmağı şəhərin hansı yerində yaşamaqla əlaqələndirib: “Həm hazır idik, həm də deyildik. Söhbət şəhərin hansı istiqamətində yaşamağından gedir. Mən Biləcəridə yaşayıram və deyirəm ki, Biləcəri hazır deyildi. Hər yer palçıq, buz. Amma təbii ki, şəhərin elə yerləri var ki, istər istilik sisteminə görə, istərsə də başqa məsələlərə görə hazır idi”Qarabağ qazisi Rada Abbas açıqlamasında Bakı şəhərinin heç bir zaman qara hazır olmadığını bildirib: “Biz qara heç vaxt hazır olmamışıq. Bizim Bakı şəhər İcra Hakimiyyəti sanki daimi olaraq qışı unudur və ya hazırlıq tədbirlərini həyata keçirməyi istəmir. Nəticədə sakinlər əzab çəkməli olurlar. Qara hazır olsaydıq, zəncirvari avtomobil qəzalarının sayı az olardı. Dünyanın bir çox ölkələri var ki, həmin ölkələrdə ilin 5-6 ayı qar olur. Amma orada bizim şəhərdəki qədər zəncirvari avtomobil qəzaları baş vermir. Biz qara hazır olmuruq və bu hazırlığı istəmədiyi üçün Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyatı idarəsinin rəhbərləri bu hazırlığı həyata keçirmirlər”SeymurANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol