Yardımlıda narkokuryer qohumlar saxlanılıb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, tədbirlərlə 47 yaşlı Ceyhun Həsənov və qohumu 27 yaşlı Hüseyn Cəfərov saxlanılıblar.
Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitələri maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























