Sabah hava necə olacaq?

Azərbaycan ərazisində qar davam edəcək, şaxta olacaq, yollar buz bağlayacaqBakı və Abşeron yarımadasında fevralın 2-də gecə və səhər bəzi yerlərdə az qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu gecə 7-10, gündüz 0-3 dərəcə şaxta olacaq, gecə və səhər yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında fevralın 2-də gecə və səhər bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə, gündüz 2-7 dərəcə şaxta olacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























