• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell yaşıl baza stansiyalarının sayını artırır

Azercell yaşıl baza stansiyalarının sayını artırır
14.10.2024 10:41
Lider mobil operator işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi ilə işləyən yeni baza stansiyalarını istifadəyə verir


İnnovasiyalarla yanaşı, davamlı və dayanıqlı inkişafa sadiqliyini bir daha vurğulayan Azercell ölkə üzrə ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməyə davam edir. Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan lider mobil operator Qarabağda "yaşıl” baza stansiyalarının sayını 35-ə çatdırır. 

Beləliklə, Azercell azad edilmiş ərazilərdə "yaşıl” baza stansiyalarını Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam Laçın və Kəlbəcərdə istifadəyə verib. Eyni zamanda, şirkətin günəş enerjisilə işləyən  baza stansiyaları Tovuz və Qobustanda da  fəaliyyət göstərir.

Ekoloji baxımdan daha "yaşıl” olan bu baza stansiyalarının enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılanır. Bu da öz növbəsində insan fəaliyyətinin ətraf mühitə neqativ təsirinin azaldılmasında mühüm rol oynayır, karbon emissiyasının və enerji sərfiyyatının  minimallaşdırılmasını təmin edir.
 
Qeyd edək ki, "yaşıl” texnologiyaların ölkə üzrə tətbiq edilməsi Azercell-in ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin bir hissəsidir. Sosial məsuliyyətli korporativ vətəndaş kimi şirkət ölkəmizdə daha dayanıqlı, sağlam və yaşıl gələcəyin təmin edilməsinə yönəlik təşəbbüslərini davam etdirəcək. 













www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol