• $
  • €
  • ₽
  • ₺
  • £

İsrailin beyin mərkəzi ABŞ Konqresinə Azərbaycanla bağlı çağırış edib

İsrailin beyin mərkəzi ABŞ Konqresinə Azərbaycanla bağlı çağırış edib
14.10.2024 18:31

Biz, Dona Qrasiya Diplomatiya Mərkəzinin idarə heyətinin üzvləri ABŞ Konqresinin erməni separatçılarına maliyyə yardımı göstərilməsi ilə bağlı məlum təşəbbüsünü qətiyyətlə pisləyirik.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki,bu barədə İsrailin tanınmış "Economic Peace Center” (İqtisadi Sülh Mərkəzi) nəşrində konqresmen Adam Şiffin Konqresə təqdim etdiyi qanun layihəsi ilə bağlı yayılmış bəyanatda deyilir.

Bəyanatda sözügedən qanun layihəsi 750 mindən çox azərbaycanlı məcburi köçkünün acınacaqlı vəziyyətinə və məhrumiyyətlərinə tamamilə məhəl qoymadan erməni separatçıların təəssübünü çəkərək ayrı-seçkilik edən birtərəfli akt adlandırılır.

Həmçinin, qeyd olunur ki, Azərbaycana qarşı ayrı-seçkiliyin əsas səbəbi etnik-dini təəssübkeşlikdir. Belə bir sənədin irəli sürülməsi insan haqları və beynəlxalq hüququn pozulması, qeyri-sabitliyin müjdəçisi olmaqla ABŞ-nin regional roluna zərər yetirir. Bütün bunlar ABŞ-nin qoruduğu ümumbəşəri dəyər və prinsiplərin ziyanına baş verir.

Layihə müəllifinin erməni lobbi qruplarına arxalandığı nəzərə alınarsa, Ermənistan tərəfindən məcburi köçkün edilmiş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna bu cür diskriminativ yanaşma mənəvi cəhətdən iyrənc görünür.

Bəyanatda 750 min azərbaycanlının etnik təmizləməyə, o cümlədən Xocalıda etnik soyqırıma məruz qaldığı, qayıdış hüququndan 30 ildən çoxdur ki məhrum olduğu və indi təşəbbüslə çıxış edənlərin o zaman tamamilə susduğu xatırladılır. Bildirilir ki, həmin şəxslər Ermənistan tərəfindən basdırılan minaların günahsız mülki insanları öldürdüyü və ya şikəst etdiyi indiki vaxtda da susurlar.

Birləşmiş Ştatları ədalətli mövqe tutmağa çağıran sənəddə adıçəkilən ölkənin maraqlarına, habelə Ermənistan və Azərbaycan xalqları arasında sülhə üstünlük verilərsə qərəzli qanun layihəsinin geri götürülməsinin çətin olmayacağı diqqətə çatdırılır.

Bəyanatı ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.peacecom.org/en/article/2354
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol