Tovuzda da 18 nəfər dönərdən zəhərlənib - Baş Prokurorluq araşdırma aparır - Yenilənib

Oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğdan bildirilib.
"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub", - məlumatda deyilir.

10:06
Tovuzun Qovlar kəndində 18 nəfər dönərdən zəhərlənib. Bu barədə Qafqazinfo məlumat yayıb.
Bir neçə gün öncə Qazax da dönərdən kütləvi zəhərlənmə halı baş vermişdi.
AQTA açıqlama vermişdi ki, hazırda məsələ araşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib