• $
  • €
  • ₽
  • ₺
  • £

9 ayda qanunsuz narkotik satışı ilə bağlı nə qədər cinayət işi açılıb?

9 ayda qanunsuz narkotik satışı ilə bağlı nə qədər cinayət işi açılıb?
16.10.2024 11:26
2024-cü ilin doqquz ayında hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövrüyəsi ilə bağlı 7668 cinayət faktı aşkar edilib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında deyilir.  
 
Onlardan 2402-si narkotik vasitələrin qanunsuz satışı, 5040-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 221-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 5-i isə digər cinayətlərlə bağlı olub.

"Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 480 kq 818,632 qr narkotik vasitələrin və psixotrop maddələrin 505 kq 794,459 qr-nı heroin, 4 ton 493 kq 881,15 qr-nı marixuana, 146 kq 571,141 qr-nı tiryək, 30 kq 967,701 qr-nı həşiş, 174 kq 569,787 qr-nı psixotrop maddələr, 129 kq 034,394 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 18758 ədəd metadon, 14314 ədəd çətənə kolu, 44 qr və 240 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb", - məlumatda deyilir. 
 
2024-cü ilin yanvar-mayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2 min 934 nəfər cəlb edilib.
 
2023-cü il 802 qaynar xəttinə narkotiklə bağlı 213 müraciət daxil olub, bunun da 199 fakt üzrə cinayət başlanılıb. 
 
2023-cü il Bakı üzrə ən çox narkoman Yasamada, ən çox narkotik üzrə cinayət faktı isə Binəqədidə qeydə alınıb. 
 
Ötən il narkotiklə bağlı məsuliyyətə cəlb edilən qadınların sayı 245 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 14 nəfər çoxdur. 
 
Aytac


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol