Ermənilərin törətdiyi terrorla bağlı 296 şəxs axtarışa verildi

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror və digər ağır cinayətlərlə bağlı axtarışda olanların sayı açıqlanıb.APA-nın məlumatına görə, Azərbaycanın hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev bu gün keçirdiyi kollegiya iclasında bildirib ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























