• $
  • €
  • ₽
  • ₺
  • £

2025-ci ildə Azərbaycanda səhiyyə profilli QHT-lərin Forumu keçiriləcək

2025-ci ildə Azərbaycanda səhiyyə profilli QHT-lərin Forumu keçiriləcək
18.10.2024 09:36
2025-ci ilin əvvəlində Azərbaycanda səhiyyə profili üzrə fəaliyyət göstərən QHT-lərin Forumunun keçirilməsi planlaşdırılır. Bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva məlumat verib.

O, bildirib ki, artıq QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu Forumun təşkili üçün Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə müvafiq iş aparır, birgə işçi qrup yaradılıb. Yaxın vaxtlarda bu işçi qrup Forumun proqramını tərtib etmək üçün görüşlərə başlanacaq.

Bu ilin avqustunda Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya, Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbələrinin, Səhiyyə Nazirliyinin, TƏBİB-in, AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Milli QHT Forumunun məsul şəxsləri 30-a yaxın səhiyyə profili üzrə QHT-lərin rəhbərləri ilə Bakı Biznes Mərkəzində görüş keçirib. Bu təşəbbüs həmin görüşdə QHT-lərdən gəlib, vətəndaş cəmiyyətinin təklifi nəzərə alınıb.
 
Qarayeva bildirib ki, bu forum ilk dəfə təşkil olunur və Azərbaycanda səhiyyə profili üzrə fəaliyyət göstərən QHT-lərin fəaliyyətində canlanma yaratmağa, səhiyyənin müvafiq sahələrində ixtisaslaşmış peşə birliklərinin daha böyük töhfələr verə bilməsinə hesablanıb.


 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol