Elə kəndlər var ki, orada insanlar eyni xəstəlikdən ölür - Deputat/VIDEO

Kənd yerlərində tibb məntəqələrinin
olmaması ciddi problemlər yaradır. Bunu deputat Razi Nurullayev deyib.
"Kənd yerlərində tibb məntəqlərinin olmaması və ya bərbad olması problemdir. Bu problem bütün Azərbaycanda var. Belə ki, məntəqələr ya təmirsizdir ya işçiləri yoxdur, ya da heç yoxdur. Bu insan sağlamlığı üçün problem yaradır. Böyük kəndlərdə tibb məntəqlərinin olması vacibdir”, - deputat oktyabrın 18-də Milli Məclisdə "Əhalinin sağlamlığının qorunması haqqında” və "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib.
Deputat təklif edib ki, regionlar üzrə səhiyyə xəritəsi hazırlansın və insanlar o bölgə üzrə ölüm hallarının eyni xəstəlikdən çox olmasının səbəbləri araşdırılsın.
"Səhiyyə xəritəsinin olması vacibdir. Elə kəndlər var ki, insanlar ancaq ürək tutmasından,elə kənd var ki, şəkərdən ölür. Xəritə olmalıdır ki, insanların hansı xəstəlikdən öldüyü məlum olsun”, - deputat bildirib.
Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deputata cavab olaraq bildirib ki, səhiyyə xəritəsi deyilən bir anlayış yoxdur. Əgər bir kənddə 2 nəfər ürək tutmasından ölürsə bu o demək deyil ki, bu onun yaşadığı regionun mühiti ilə bağlıdır.
www.anews.az

Komitə sədri həmçinin kənd yerlərində
tibb məntəqələrinin olmamasını problem kimi qiymətləndirib və bildirib ki,
aiddiyatı orqanlarla bu məsələ müzakirə edilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib