• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi yerlərdə intensiv yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA

Bəzi yerlərdə intensiv yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
19.10.2024 11:01
Bəzi yerlərdə intensiv yağış yağıb, çaylardan sel keçib.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki,ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən Balakən-Şəki zonasının bəzi ərazilərində yağıntılar güclü olub. Şahdağ və Zaqatala rayonunun dağlıq ərazilərinə (Əlibəy) qar yağıb.

Düşən yağıntının miqdarı Qubada 43 mm (Qudyalçay), Qusarda (Ləzə) 35 mm, Xaltanda 34 mm, Qaxda (Sarıbaş) 29 mm, Qrızda 25 mm, Xaçmazda 23 mm, Xınalıq, Ağsuda 21 mm, Şabranda 19 mm, İsmayıllı, Qəbələ, Şəkidə (Kişçay) 18 mm, Altıağac, Oğuzda 15 mm, Şamaxıda 10 mm, Astara, Neftçala, Kürdəmir, Gədəbəydə 8 mm, Cəfərxanda 7 mm, Lənkəranda 6 mm, Biləsuvar, Sabirabad, Mingəçevirdə 5 mm, Yardımlı, Daşkəsən, Şahdağ, Lerik, Göyçay, Qobustan, Şəmkir, Zərdab, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Balakən, Zaqatala, Bərdə, Tərtər, Yevlax, Ordubad, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Yağan leysan yağış nəticəsində İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından, Şəmkir rayonu ərazisindən axan Şəmkirçaydan sel keçib. Naxçıvan, Şahbuz, Balakən, Oğuz, Şəki, Şamaxı, Qax, Quba, Qusar, Qrız, Göyçay, Göyçay, Lerikdə duman müşahidə olunub.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 21 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Goranboyda 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.
 
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 13, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol