Naxçıvanda hərbi sursat aşkarlanıb

Naxçıvan şəhərinin Kəngərli rayonunun Çalxanqala kəndi ərazisində hərbi sursat aşkarlanıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Kəngərli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd 85 mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























