• $
  • €
  • ₽
  • ₺
  • £

Xocasən-Sumqayıt istiqamətində 30 yük avtomobili batıb

Xocasən-Sumqayıt istiqamətində 30 yük avtomobili batıb
31.01.2014 13:36
Xocasən yolunda 30 yük avtomobili batıb.Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Bakı Şəhər İcra hakimiyyətinin Qış qarajının və yol polisinin birgə tədbirləri nəticəsində paytaxt ərazisi, xüsusilə paytaxtın mərkəzi qardan tam təmizlənir. V.Əsədov həmçinin bildirib ki, paytaxtın Yasamal rayonu, Günəşli qəsəbəsi və Xocasən-Sumqayıt istiqamətində nəqliyyatın hərəkətində problem yaranıb. Xüsusilə Xocasən-Sumqayıt istiqamətində 30 yük avtomobili yolda qalıb. Baş verən hadisə ilə əlaqədar qeyd edilən istiqamətdə tıxac yaranıb. Hazırda Bakı Şəhər İcra hakimiyyəti, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin əməkdaşları hadisə yerində müvafiq tədbirlər görür. Şöbə rəisi həmçinin bu saata qədər paytaxt ərazisində 30 yol qəzasının baş verdiyini bildirib. Bu qəzalarda 4 sürücü hadisə yerindən yayınıb. Ümumilikdə baş verən qəzalarda xəsarət alan olmasa da, 3 piyada sürüşərək xəsarət alıb. V.Əsədov sürücülərə müraciətində idarə etdikləri nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamağı və mövsümi təkərlərdən istifadə etməyi, nəqliyyat vasitələrini sürət qutusunun birinci ötürücüsü ilə idarə etməyi, ümumiyyətlə, avtomobil sahiblərinə ictimai nəqliyyat vasitələri ilə hərəkət etməyi tövsiyə edib. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol