• $
  • €
  • ₽
  • ₺
  • £

Yol Polisi İdarəsindən sürücülərə müraciət

Yol Polisi İdarəsindən sürücülərə müraciət
31.01.2014 12:17
Respublika Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarındakı vəziyyətlə bağlı açıqlama verib.İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi istiqamətlərdə yolları buz bağlayıb və nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Onun sözlərinə görə, Bakı-Şamaxı yolunda yolun səthi buz bağlayıb. Bakı-Quba yolunun 83-cü kilometrliyinə qədər isə yol açıqdır: “Lakin 83-cü kilometrdən sonra yolun mərkəzi hissəsini buz bağlayıb. Bakı-Qazax yolunda da qar yağır, nəqliyyatın hərəkətində problemlər var. Ağsu-İsmayıllı yolunda isə gecə saatlarında nəqliyyatın hərəkəti məhdudlaşıb. Lakin həmin istiqamətdə yollar qardan və buzdan təmizlənir”. K.Əliyev sürücülərə müraciət edərək, qeyd olunan yollardan mümkün qədər az istifadə etmələrini və ehtiyatlı olmalarını tövsiyə edib. O, qarlı yollarda hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsini tövsiyə edib. K.Əliyev həmçinin qeyd edib ki, ötən gecə respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Ən ağır yol qəzası Ağstafa rayonunda qeydə alınıb. Avtomobil körpüdən qatarlar üçün nəzərdə tutulmuş elektrik naqillərinin üstünə düşüb, daha sonra isə dərəyə yuvarlanıb. Nəticədə 4 nəfər elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə keçinib. Qarlı və şaxtalı hava Bakının yollarında da problemlər yaradıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, Nəqliyyat Nazirliyinin "Azəravtoyolsevis" ASC-nin texnikası yolların təmizlənməsinə cəlb edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol