• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi
18.10.2024 18:24
Azərbaycanın bölgələrinə xüsusi diqqəti ilə seçilən ən sərfəli mobil operator "Nar” Gəncə şəhərində mobil rabitə laboratoriyası təsis edib. Laboratoriya Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin nəzdində yaradılıb.
 
Mobil rabitə laboratoriyası ATU-nun texniki peşələr üzrə təhsil alan tələbələrin mobil rabitə texnologiyalarını təcrübədə öyrənmələrini təmin edəcək. Eləcə də, tələbələrin işini asanlaşdırmaq üçün laboratoriya noutbuk və digər zəruri avadanlıqlarla təchiz edilib.
 
Laboratoriyanın açılışı zamanı "Nar”ın (Azerfon MMC) baş icraçı direktoru Qunnar Panke bildirib: "Bu laboratoriya "Nar” olaraq, bölgələri diqqətdə saxlamağımızın növbəti nümunəsidir. Texnoloji tərəqqi ilə ayaqlaşan biznes olaraq, bölgələrdə azərbaycanlı rabitə mütəxəssislərini yetişdirmək "Nar”ın ölkənin rabitə sahəsinə yatırımıdır”.
 
Azərbaycan Texnologiya Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov "Nar”a təşəkkürünü bildirib: "Universitetimiz qarşısına əsl mütəxəssislər hazırlamağı hədəf qoyub və bu hədəfə nail olmaq üçün "Nar”ın öz zəngin təcrübəsini bizimlə paylaşmağı çox vacibdir. Özəl bizneslərin bu dəstəyi sayəsində tələbələrimiz universitetimizi ixtisaslarının peşəkarları olaraq bitirəcəklər”.
 
Qeyd edək ki, ölkədə yerli İT mütəxəssislərini hazırlamaq məqsədilə, mobil operator "Nar” Azərbaycan Texniki Universiteti (Bakı) və Azərbaycan Texnologiya Universiteti (Gəncə) ilə tərəfdaşlıq edir. Bu tərəfdaşlıq sayəsində artıq hər iki univeristetdə "Nar” mobil rabitə laboratoriyası fəaliyyət göstərir.
 
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol