Xaricdə yaşayan azərbaycanlılar üçün online səsvermə hüququ yaradaq - Deputat/VIDEO

Qarşıdan gələn bələdiyyə seçkilərində xaricdə yaşayan azərbaycanlılar üçün online səsvermə hüququnu yaratmaq lazımdır. Bunu deputat Qüdrət Həsənquliyev deyib.
"Azərbaycanlıların böyük bir hissəsi xaricdə yaşayır. Onlarn yaşadığı şəhərlərdə seçki məntəqəsi yaratmaq imkanı yoxdur. Bələdiyyə seçkilərinə qədər vətəndaşların online səsvermə hüququ ilə bağlı məsələyə baxmalıyıq. Vətəndaşların pin kodlarını daxil etməklə səsvermə hüququnu tanıya bilərik. Bu təcrübə başqa ölkərin nümunəsində də var", - deputat oktyabın 22-də Milli Məclisdə çıxışı zamanı deyib.
Azərbaycanda dekabrda bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























