• $
  • €
  • ₽
  • ₺
  • £

5 ildə ABB Tech Akademiyasını 722 məzun bitirib

5 ildə ABB Tech Akademiyasını 722 məzun bitirib
22.10.2024 15:10
ABB-nin yaratdığı ABB Tech Akademiyasının fəaliyyətə başlamasından 5 il ötür. Akademiya 2019-cu ildə Bankın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində yaradılıb. Təhsil müəssisəsinin məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır.
 
Ölkəmizin biznes mühitində birinci dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyanın ilk proqramları ödənişsiz olub. Sonrakı proqramlarda isə ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, bp kimi tərəfdaşları ilə birgə qəbul prosedurları zamanı yüksək nəticə göstərən istedadlı tələbələrə təqaüdlə təhsil imkanı yaradıb. 
 
5 il ərzində ABB Tech Akademiyasının ayrı-ayrı proqramlarında 722 nəfər məzun olub. Hazırda 26 nəfər qız, 21 oğlan olmaqla 47 tələbə Akademiyada təhsilini davam etdirir. Məzunların 30%-i ABB-nin müxtəlif layihələrində, 70-%-i isə ayrı-ayrı yerli və xarici şirkətlərdə çalışır. ABB Tech Akademiyasını bitirənlərin işəqəbul əmsalı 82%-dir.
 
Qeyd edək ki, Bankın ABB İnnovasiya Mərkəzi də fəaliyyətdədir. 2020-ci ildə yaradılmış Mərkəzdə indiyə qədər 40-dan çox startap layihəsi inkubasiya mərhələsini uğurla başa vuraraq investorlara təqdim edilib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol