3 yaşa kimi uşaq yeməkləri pulsuz olsun - Deputat

Yeni doğulan uşaqların yemək xərclərinin dövlət tərəfindən ödənilməsinə ehtiyac var. Bunu deputat Razi Nurullayev deyib.
"Azərbaycanda uşaq yeməkləri istehsal olunmur. Qiymətlər də çox bahadır. Təklif edirəm ki, dövlət tərəfindən uşaq yeməklərinin verilməsində dəstək olunsun və üç yaşına kimi uşaq yeməkləri pulsuz olsun", - deputat "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat həm də təklif edib ki, sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinə dövlət tərəfindən avtomobil verilsin.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























