• $
  • €
  • ₽
  • ₺
  • £

Mətin Kərimli və Tural Aslanov Qarabağ Universitetində birgə əməkdaşlığı müzakirə edib

Mətin Kərimli və Tural Aslanov Qarabağ Universitetində birgə əməkdaşlığı müzakirə edib
22.10.2024 17:38
Oktyabrın 22-də Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və  Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov Qarabağ Universitetində təhsil alan tələbələrlə görüşüb. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. 
 
Görüşdə həmçinin  Elm və Təhsil Nazirliyi, Baş Prokurorluq və Qarabağ Universiteti arasında üçtərəfli görüş formatında əməkdaşlıq perspektivləri müzakirə edilib.
 
Eyni zamanda, Baş Prokurorluğun struktur bölmələri və tabe prokurorluqlarda Qarabağ Universitetinin tələbələri üçün təcrübə və karyera imkanları, prokurorluq əməkdaşları tərəfindən tələbələrə seminar, vebinar və təlimlərin keçirilməsi, aktual mövzular üzrə birgə elmi-tədqiqat işlərin həyata keçirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
 
Qarabağ Univrsitetində təhsil bu ilin sentyabrından başlayıb. 
 
Univrsitetdə təhsil 2 dildə aparılır. 
 
Bundan əvvəl Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 
 
Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.
 
Gülnar Nazimqız 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol