42 yaşlı tanınmış aparıcımız üçəm dünyaya gətirdi - FOTOLAR

“AzTV”-nin keçmiş aparıcısı Esmira Çərkəzqızının üçəm körpələri Türkiyənin məşhur “Möhtəşəm Yüz Yıl” serialında çəkiliblər. Hazırda Türkiyədə yaşayan aparıcı Lent.az-a açıqlama verərək bildirib ki, təklif onlar üçün gözlənilməz olub: “Sözün düzü, bu təklifi “Möhtəşəm Yüz Yıl” serialının komandasından gözləmirdim. Təklif mənim üçün sürpriz oldu. Belə ki, həmin filimin rejissorları ekran işində rol almaq üçün üçəm körpə axtarırmış. Uşaqlarımı dünyaya gətirdiyim “Acı badem” xəstəxanasından isə mənim körpələrimin şəkillərini göstəriblər. Filmi çəkənlər də bəyənib bizlə əlaqə saxladılar, danışdıq, razılaşdıq. Yanvarın əvvəllərində çəkilişlər başladı və serialın dünənki bölümündə yayımlandı.Aparıcı onu da əlavə edib ki, övladları ilə bağlı ona növbəti reklam təklifləri də gəlib.Qeyd edək ki, E.Çərkəzqızı türkiyəli hərbçi Tayyar Sayğılı ilə 2012-ci ildə ailə həyatı qurub. Həmin zaman Azərbaycan mətbuatına müsahibə verən sevimli aparıcı məhz 40 yaşında ailə həyatı qurduğunu, öz xoşbəxtliyini tapdığı üçün çox xoşbəxt olduğunu demişdi. Cütlüyün üçəm (2 oğlu, 1 qız) övladı var.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























