• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi rayonlarda intensiv qar yağır

Bəzi rayonlarda intensiv qar yağır
30.01.2014 18:09

Umayra Tağıyeva: “Yolların buz bağlaması ehtimalı var”

Ötən gün gecə saatlarından başlayaraq respublikanın əksər rayonlarında, o cümlədən paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur, bir çox rayonlarda intensiv qar yağıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, bura əsasən Böyük Qafqazın rayonlarını misal göstərmək olar. Onun sözlərinə görə, hazırda Şamaxı, Mərəzə, Altıağac, Xaçmaz, Quba rayonlarında intensiv qar müşahidə olunur: “Abşeron yarımadasında isə sulu qar yağır. Axşama doğru, gecəyə yaxın Abşeron yarımadasında havanın temperaturu mənfi olacaq, sulu qar qarla əvəz olunacaq. Hazırda daha çox qar Böyük Qafqazın şimal-şərq yamacında müşahidə olunur. Belə ki, səhər saatlarına olan məlumata görə, Mərəzə, Altıağac, Quba, Şamaxıda qar örtüyünün hündürlüyü 8 sm çatıb. Şəkidəki Sarıbaş stansiyasında da 14 sm-ə qədər qar örtüyü var”.

 

U. Tağıyeva qeyd edib ki, rayonlarda yağıntılı hava şəraiti şimal-şərq küləyinin güclənməsi ilə müşahidə olunur. Onun sözlərinə görə, güclü küləyin maksimal sürəti  Biləsuvarda 19-20 metr, Neftçalada 20 metrə çatıb. Abşeron yarımadasında isə şimal küləyinin maksimal sürəti saniyədə 20-24 metrə çatır.

 

O bildirib ki, bu gün gecə saatlarında havanın temperaturunun mənfi olacağı gözlənilir, ona görə də yaranmış şəraitə uyğun olaraq yolların buz bağlaması ehtimalı var: “Fevralın 1-də və 2-də isə külək bir qədər səngiyəcək və yağıntılar intensiv olmayacaq. Lakin şaxtalı hava şəraiti fevralın ilk günlərində də davam edəcək. Paytaxtda gecə 4-6 dərəcə, gündüz 0-2 dərəcə şaxta gözlənilir”.

APA

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol