• $
  • €
  • ₽
  • ₺
  • £

"Müşfiqabad məscidində tezliklə silahlı qarşıdurma ola bilər”

"Müşfiqabad məscidində tezliklə silahlı qarşıdurma ola bilər”
30.01.2014 16:05
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) son günlər radikal dini cərəyan nümayəndələrinin toplaşdığı, Suriyada döyüşməyə gedən azərbaycanlılara dəstək verdiyi iddia olunan “Müşfiqabad məscidi” Dini İcması ilə bağlı yoxlama aparıb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DQİDK tərəfindən Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidində yenidən qeydiyyatdan keçməmiş dini icmanın fəaliyyətinin yoxlanılması bir müddət əvvəl aparılıb, yoxlamalar zamanı icmanın fəaliyyətində bir sıra qanunsuzluqlar aşkar edilib. Bildirilib ki, hazırda yoxlama bitib və nəticələr araşdırılır: “Araşdırma bitdikdən sonra dini icmanın fəaliyyəti ilə bağlı qərar veriləcək və ictimaiyyətə açıqlanacaq”. Komitədən onu da bildiriblər ki, dövlət qeydiyyatından keçməyən digər icmaların da fəaliyyəti işçi qaydada DQİDK tərəfindən yoxlanılacaq. Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev APA-ya açıqlamasında Komitənin bu addımının anlaşılmaz olduğunu bildirib: “Niyə yoxlama aparırlar, bilmirəm. Mənim özümə bu barədə heç nə deyilməyib”. Son vaxtlar Suriyaya gedənlərlə bağlı münasibətinin istənilməsinə isə M. Qaçayev cavab verməkdən imtina edib: “Mən bu barədə heç nə deyə bilmərəm”. Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli APA-ya bildirib həmin məscid xəvvaricilərin toplaşdığı təhlükəli məkana çevrilib: “Bu barədə mənə o məscidə yaxın olan şəxslər də deyiblər. Bu istiqamətdə dövlət qurumları təcili addımlar atmalıdır. Dövlətçiliyimiz real təhlükə ilə üz-üzədir. Belə getsə, orada tezliklə silahlı qarşıdurmanın olması da gözlənilir”.  ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol