Cəlilabadda yol qəzası baş verib, ölən var

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə bu gün saat 18:50 radələrində Cəlilabad rayonunun Cəlayir kəndi ərazisində baş verib.
1964-cü il təvəllüdlü Vahid Əsgərov idarə etdiyi "Vaz 2106” markalı avtomobillə piyada T.Əmiyevanı vurduqdan sonra idarəetməni itirərək qarşıdan gələn K.Məmmədovun idarə etdiyi "Vaz 2107” avtomobili ilə toqquşub.
Qəza nəticəsində V.Əsgərov ölüb, piyada və digər sürücü isə bədən xəsarətləri alaraq rayon xəstəxanasına çatdırılıb .
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























