• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərdə imtahanlarla bağlı yeni qayda

Ali məktəblərdə imtahanlarla bağlı yeni qayda
30.01.2014 15:31
Təhsil Nazirliyi tərəfindən gələcəkdə ali məktəblərdə imtahanların keçirilməsi ilə bağlı yeni qaydalar hazırlanıb.APA xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, hazırda hər bir universitetdə imtahanlar əsasnamələrə uyğun olaraq həyata keçirilir.Onun sözlərinə görə, bəzi ali məktəblərdə imtahanlar yazılı, bəzilərində isə şifahi üsulla aparılır:“Bu da ali təhsil müəssisələrinin elmi şuralarının qərarı ilə həyata keçirilir. Amma gələcəkdə imtahanların keçirilməsi ilə bağlı yeni qaydalar hazırlanıb. Yəqin ki, bu qaydalar yaxınlarda həyata keçiriləcək. İmtahanların keçirilmə qaydaları ali təhsil müəssisələrinin təkcə elmi şuralarının qərarına əsasən yox, yeni qaydalara əsasən həyata keçiriləcək. İmtahanların keçirilməsinin müxtəlif üsulları var - şifahi, yazılı, test, baxış üsulu. Bunların hamısı qaydalarda öz əksini tapıb. Bu qaydalar təsdiq olunandan sonra ali məktəblərdə imtahanların hansı qaydada həyata keçiriləcəyi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol