• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda fəaliyyət göstərən iki kafedə saxta alkoqollu içkilər aşkarlandı

Bakıda fəaliyyət göstərən iki kafedə saxta alkoqollu içkilər aşkarlandı
30.10.2024 16:50
Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 30a ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsrəfilov Nadir Nuru oğluna məxsus "Qəbələ” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə AQTA məlumat yayıb. 


Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 1 ədəd 1 litrlik "Absolut Vodka” əmtəə nişanlı, 3 ədəd 0.5 litrlik, 3 ədəd 1 litrlik, 2 ədəd 0.7 litrlik "Banketnaya” əmtəə nişanlı, 4 ədəd 1 litrlik, 2 ədəd 0.5 litrlik, 1 ədəd 0.7 litrlik "Organic Line” əmtəə nişanlı araq, 1 ədəd 1 litrlik ”Ballantines” əmtəə nişanlı, 2 ədəd 1 litrlik "Jameson” əmtəə nişanlı, 2 ədəd 1 litrlik ”Chivas Regal 12” əmtəə nişanlı viski, 3 ədəd 1 litrlik "Olmeca Tequila” əmtəə nişanlı tekila, 2 ədəd 0.5 litrlik, 1 ədəd 1 litrlik "Jagermeister” əmtəə nişanlı likyor məhsulunun satışının həyata keçirildiyi məlum olub.


Həmçinin Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 133 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəhmədov Murad Aydın oğluna məxsus "2/5 Mərtəbə” ictimai iaşə obyektində də yoxlama keçirilib. Baxış zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan, ümumilikdə 5 ədəd "Jack Daniels”, "Olmeca Tequila Silver”, "Olmeca Tequila Blanco” əmtəə nişanlı alkoqollu içki aşkarlanıb. Belə ki, qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim edilməyib, bir qismində falqanın kustar üsulla sonradan yapışdırıldığı müəyyən edilib.


Hər iki faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol