• $
  • €
  • ₽
  • ₺
  • £

Pis havayla bağlı xüsusi qərargah yaradıldı - Azərbaycanda

Pis havayla bağlı xüsusi qərargah yaradıldı - Azərbaycanda
30.01.2014 14:05

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin tabeliyində olan avtomobil yolları, körpülər və yol qurğularında gün ərzində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar tam hazır vəziyyətə gətirilib, lazımi qədər material ehtiyatı görülüb.

Bunu Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.P.Mürsəliyev qeyd edib ki, respublika üzrə ümumilikdə 25 min kub metrə yaxın qum, 1500 ton texniki duz və 1100-ə yaxın texnika tam hazır vəziyyətə gətirilib.Onun sözlərinə görə, ASC-də xüsusi qərərgah yaradılıb, bütün yol istismar müəssisələrinin rəhbərləri də qərərgahın üzvləri sayılır: "Payız-qış mövsümü ilə bağlı əmr hazırlanaraq bütün yol istismar idarələrinə göndərilib. Hər bir istismar müəssisəsində də tədbirlər planı hazırlanaraq əmrdən irəli gələr vəzifələrin icrasına başlanılıb".P.Mürsəliyev əlavə edib ki, istər regionlarda, istərsə də Bakı şəhərində lazımi qabaqlayıcı tədbirlər artıq həyata keçirilir: "Bütün proses Nəqliyyat Nazirliyinin tam nəzarətindədir. Hər bir yol istismar müəssisəsində 24 saat fəaliyyət göstərən növbətçilik təşkil olunub. Yəni, hava şəraiti dəyişərsə, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranarsa, bütün texnika və işçi qüvvəsi həmin ərazilərə səfərbər olunacaq".Qeyd edək ki, yanvarın 30-da günorta saatlarından başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində günü-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, qarın bəzi yerlərdə intensiv olacağı gözlənilir.Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol