• $
  • €
  • ₽
  • ₺
  • £

COP29 günlərində 57 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək

COP29 günlərində 57 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək
01.11.2024 18:46
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində Bakıda 57 avtobus marşrutu üzrə hərəkət sxemində dəyişikliklər baş verəcək.Bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

O qeyd edib ki, hazırda "Koroğlu" metrostansiyasından 30-dan çox marşrut fəaliyyət göstərir:
"COP 29 dövründə bu metrostansiya ətrafından "Piramida" adlanan ərazidən 3 marşrut işləyəcək. Bunlar 163, 184 və 214 nömrəli marşrutlardır. Üzbəüz tərəf isə tamamilə COP 29 əməliyyatları üçün istifadə olunacaq. Həmin 3 marşrut əsasən "Piramida" adlanan ərazidən Bakının Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində hərəkət edəcəklər. "Koroğlu" metrostansiyasına yönələn marşrutların əksər hissəsi "Ulduz" metrostansiyasına istiqamətinə yönəldiləcək. Bu da təxminən 12 sayda marşrutdur. Digər marşrutlar isə "Qara Qarayev" və digər metro stansiyalara yönəldiləcək. Hər bir dəyişmə və marşrutlar haqqında AYNA məlumatlar yayacaq".

"Ölkənin şimal istiqamətindən şəhərə daxil olmaq istəyən vətəndaşlara tövsiyə edirik ki, "Avtovağzal" metrostansiyasından istifadə etsinlər. Bu metrostansiyanın qarşısında olan Nəqliyyat Mübadilə Mərkəzindən 27 marşrut işləyir və şəhərin hər yerinə həm metro, həm ictimai nəqliyyatla çatmaq mümkündür. İctimai nəqliyatda dəyişikliklər yalnız marşrutların təşkilində baş verəcək. Amma digər dəyişiklikləri biz gözləmirik", - deyə  Rzayev əlavə edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol