• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell”dən qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik 4 layihəyə dəstək - Video

“Azercell”dən qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik 4 layihəyə dəstək - Video
01.11.2024 19:47

Qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik sosial layihə müsabiqəsinin final mərhələsi baş tutub. Layihələrin dəyərləndirilməsi zamanı münsiflər heyəti dayanıqlı, daha geniş sosial kütlələrə faydalı olan, eləcə də rəqəmsal inklüzivliyin təşviqinə, texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə töhfə verən layihələrə üstünlük verib.

Müsabiqəyə təqdim edilən 30-dan çox layihədən seçim şərtlərini ən yaxşı əks etdirən 5 layihə finala vəsiqə qazanıb.

Təqdim olunan layihələr əsasən sahibkarlıq, təhsil və iqtisadi səlahiyyətlərin artırılması istiqamətlərini əhatə edirdi. Final mərhələsində iştirak edən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri münsiflər heyəti qarşısında layihələrinin əhəmiyyəti haqqında danışıb.

Münsiflər heyətinin yekdil qərarı ilə dörd layihə qalib elan edilib.

Müsabiqənin qalibləri :

· "Huma Quşu” Təhsilə Yardım Fondunun "Aztəminatlı ailələrdən olan istedadlı gənc qadınların bakalavr, magistr və PhD səviyyəsində STEM təhsilinə dəstək” proqramı;

· Şəki şəhərində fəaliyyət göstərən "Balans” İMİB-in "Qadın və biznes – Qadınların sahibkarlıq fəaliyyətinə dair biliklərinin təkmilləşdirilməsi üçün praktiki təcrübə proqramı”;

· "Məhkum qadınların ictimaiyyətə qayıdışı İB”in "Məhkum Sahibkar Qadın İcmaları”nın yaradılması layihəsi;

· "Alternativ Kommunikasiya və Tədqiqatlar İB”in kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması üçün nəzərdə tutulmuş "FarmHER” layihəsi olub.

Ümumilikdə layihələrin həyata keçirilməsi üçün "Azercell” 30.000 AZN dəyərində qrant ayırıb.

Layihələrin qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə müsabiqəyə təqdim olunan təkliflər bu sahə üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib.

"Azercell” bütün iştirakçılara müsabiqəyə göstərdikləri maraq üçün təşəkkür edir, qaliblərə isə layihələrinin həyata keçirilməsində uğurlar arzu edir!

Final mərhələsi haqqında video ilə tanış olmaq üçün: 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol