• $
  • €
  • ₽
  • ₺
  • £

Zəfər yolunda elektron tərəzinin quraşdırılmasına başlanılıb

Zəfər yolunda elektron tərəzinin quraşdırılmasına başlanılıb
04.11.2024 14:48
"Zəfər yolu” adlanan Füzuli–Şuşa avtomobil yolunda elektron tərəzinin quraşdırılması işlərinə başlanılıb.


Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə təşkil edilmiş mediaturda deyib.


Onun sözlərinə görə, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması layihəsinin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.


O qeyd edib ki, Azərbaycanda Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda 3 yerdə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 1 yerdə elektron tərəzilərin quraşdırılması işləri tamamlanıb: "Bu günədək ölkədə 6 elektron tərəzi quraşdırılılıb, ümumilikdə isə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb”.


Nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası və inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması İnzibati Xətalar Məcəlləsində təsbit edilib.


İzibati Xətalar Məcəlləsinin 353-cü maddəsinin tələblərinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər üçün cərimənin məbləği 600 manatdır. Eyni xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1200 manat məbləğində cərimələnir.


Digər dəyişikliklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər üçün 1500 manat məbləğində, hüquqi şəxslər üçün 4000 manat məbləğində cərimə nəzərdə tutulub. Eyni xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 2500 manat məbləğində, hüquqi şəxslər 7000 manatadək məbləğində cərimələnir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol