• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən XƏBƏRDARLIQ

Yol polisindən XƏBƏRDARLIQ
30.01.2014 10:00

Yol polisi şəhərlərarası marşrutlarda işləyən avtobuslarda təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişinləri cərimə edəcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.Şöbə rəisi qeyd edib ki, rayonlararası yollarda, şəhərlərarası marşrutlarda işləyən avtobuslarda sərnişinlərin təhlükəsizlik kəmərindən istifadəsi məcburi xarakter daşıyır: "Əgər avtobusun konstruksiyasında nəzərdə tutulubsa, təhlükəsizlik kəmərindən mütləq istifadə olunmalıdır. Ona görə də Baş Dövlət Yol Polisi İdarəsi sərnişinləri öz həyatlarını və sağlamlıqlarını qorumaları naminə avtobuslarda olarkən təhlükəsizlik kəmərindən istifadə etməyə çağırır".K.Əliyev qarşıdakı günlərdə havaların qeyri-sabit keçəcəyi və yolların buz bağlayacağını da nəzərə alaraq sərnişinlərdən bu məsələdə diqqətli olmalarını xahiş edib.Şöbə rəisi qeyd edib ki, əgər avtobusun konstruksiyasında nəzərdə tutulubsa və sərnişin təhlükəsizlik kəmərindən istifadə etmirsə, həmin sərnişin qanuna əsasən cərimə olunacaq: "İnzibati Xətalar Məcəlləsinin 153.2-ci maddəsinə müvafiq olaraq, həmin sərnişinlər məsuliyyətə cəlb edilirlər. Həmin maddəyə əsasən, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmağa görə 30 manat miqdarında cərimə nəzərdə tutulub".Onun sözlərinə görə, əgər avtobusun konstruksiyasında təhlükəsizlik kəmərindən istifadə edilməsi nəzərdə tutulmayıbsa, bu, məcburi xarakter daşımır və buna görə cərimə də tətbiq edilmir.K.Əliyev ümumiyyətlə, bütün nəqliyyat vasitələrinin sürücü və sərnişinlərinə təhlükəsizlik kəmərindən istifadəni tövsiyə edərək onları öz həyatlarına qarşı biganə olmamağa çağırıb: "Kəmərdən istifadə olunmaması həyat üçün təhlükə yaradır. Hadisə zamanı kəmər insanı ölümdən saxlaya bilir. Bu, qoruyucu elementdir. Sürücülər və sərnişinlər bu məsələyə şüurlu yanaşmalı və təhlükəsizlik kəmərlərini bağlamalıdırlar. Heç kəs yolda qəzanın törənməyəcəyinə zəmanət verə bilməz. Bu gün ölkədə baş verən yol qəzalarında insanların ölümünə əsas səbəb ilk növbədə yüksək sürətdirsə, ikinci yerdə sürücülərin və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadə etməməsi durur. Ona görə də bütün sürücü və sərnişinlərdən xahiş edirəm ki, nəqliyyat vasitələrində təhlükəsizlik kəmərlərindən istifadə etsinlər. Əks təqdirdə onlar qanunla inzibati məsuliyyətə cəlb ediləcəklər".Qeyd edək ki, 2013-cü il ərzində respublika ərazisində 2846 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalar zamanı 1164 nəfər ölüb, 2948 nəfər müxtəlif dərəcəli bədən xəsarətli alıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol