• $
  • €
  • ₽
  • ₺
  • £

PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir

PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
30.10.2024 14:28

Dünyanın ən böyük tütün məhsulları istehsalçısı olan Philip Morris International (PMI) siqareti tərgitməyənlərə daha yaxşı alternativ təklif edərək yeni məhsulunu qlobal bazara təqdim edib. Bu "tüstüsüz məhsul” tütün istifadəçilərinə sağlamlığa zərəri azaldılaraq nikotin qəbul etməyə imkan verir.


İsveçrənin Neuchâtel şəhərində keçirilən PMI-ın innovasiyalar, texnologiyalar və tüstüsüz gələcəyə doğru elmi nailiyyətlərə həsr olunan doqquzuncu illik "Technovation” konfransında əsas diqqət daha az zərərli alternativlərə yönəlib. 

 

 


Konfransda çıxış edən PMI-nin baş icraçı direktoru Yatsek Olçak tüstüsüz məhsulların bu innovasiyaların tətbiqi nəticəsində hazırlandığını vurğulayıb.

 

 

"Elmi tədqiqatlar göstərir ki, nikotinin özü insan orqanizminə zərər vermir. İnsan orqanizminə əsas zərər tütün yandığı zaman yaranan maddələrdən dəyir. İnsanlar iddia edirlər ki, nikotin xərçəng yaradır, amma əgər siz kanserogen maddələrin siyahısına baxsaz, nikotin orada yoxdur. Alkoqol isə var, amma bu barədə heç kim danışmır. Alimlər sübut ediblər ki, siqaretin yanması zamanı yaranan maddələr kanserogen ola bilər. Məhz buna görə də biz tüstüsüz nikotin məhsulları istehsal etməyə başladıq”, — Olçak qeyd edib.

 

Qlobal bazarda IQOS brendi ilə təqdim edilən məhsul yanmanı nəzərdə tutmur. IQOS – içərisinə tütün çubuqları yerləşdirilən və qızdırılan cihazdır ki, bu, yanma prosesində yaranan 6000 zərərli maddələin yaranmasının qarşısını alaraq nikotindən istifadə eməyə imkan verir. Yanma baş vermədiyi üçün kanserogenlər yaranmır, bu da adi siqaretlə müqayisədə sağlamlıq risklərini azaldır.


Dünyada ən məşhur siqaret markalarını istehsal edən PMI-in IQOS cihazlarından gələn gəliri getdikcə artır.

 

"Biz bu məhsulu 10 il əvvəl sınaqdan keçirməyə başladıq və bu gün ambisiyalarımız o vaxtdan daha çoxdur. 2023-cü ildə PMI gəlirinin 38%-i ‘tüstüsüz siqaretlərdən’ əldə edib”, — Olçak əlavə edib.

 

PMI-nin tüstüsüz gələcəklə bağlı baxışı belədir - "əgər siqaret çəkmirsinizsə, başlamayın, çəkirsinizsə tərgidin, tərgidə bilmirsinizsə daha az zərərli alternativlərə keçin”.


Olçak İsveçin sağlamlığa zərərin azaldılması strategiyasından qazandığı uğur barədə də danışıb.


Əvvəllər İsveçdə kişilərin 49%-i müntəzəm siqaret çəkirdi, lakin ölkə siqaret çəkmə səviyyəsini xeyli azalda bilib. Bu, əsasən snus, nikotin paketləri (ənənəvi tüstüsüz tütün forması) və digər alternativlər, məsələn, elektron siqaret və qızdırılan tütün kimi daha az riskli məhsullara keçid nəticəsində mümkün olub.


Anews.az- ın sualına cavab verərək PMI-nin baş icraçı direktoru Yatsek Olçak, tüstüsüz məhsulların icazə verildiyi və tənzimləndiyi ölkələrdə adi siqaretlərin satışının tədricən azaldığını vurğulayıb.

 

"Ən vacibi odur ki, istehlakçılar tüstüsüz alternativlər və onların siqaretlərlə müqayisədə üstünlükləri barədə məlumat əldə edə bilsinlər. Əgər biz siqaret çəkənlərə siqaret və tüstüsüz məhsullar arasındakı fərqi elmi cəhətdən sübut edilən məlumatlar vasitəsilə çatdıra bilsək, onlar düzgün seçim edərək siqareti tərgidəcəklər. Bu, hazırda Yaponiya, Litva və Polşada müşahidə olunur”, — o bildirib.


Yaponiyada tüstüsüz məhsulların tətbiqindən sonra siqaret çəkənlərin sayı 19%-dən 13%-ə düşüb, siqaret satışları isə demək olar ki, 50% azalıb. İndi Yaponiya, siqaretdən könüllü imtina edəcək ilk ölkələr arasında yer alır.


Bu gün İsveçdə siqaret çəkmə səviyyəsi 5.6%-ə enib və 5%-lik səviyyəyə yaxınlaşdıqdan sonra İsveç Avropada ilk "tüstüsüz ölkə” elan ediləcək.

Konfransda həmçinin tüstüsüz məhsulların təkmilləşdirilməsinə ciddi sərmayələrin qoyulmasının vacibliyi vurğulanıb.

 

Son 10 ildə PMI texnologiyaların inkişafı, elmi tədqiqatlar və istehsalata 12 milyard dollardan çox sərmayə yatırıb və bu rəqəm artmaqdadır.


 

N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol