• $
  • €
  • ₽
  • ₺
  • £

3 taksi sürücüsünün yerinə imtahana girmək istəyənlər məsuliyyətə cəlb edilib

3 taksi sürücüsünün yerinə imtahana girmək istəyənlər məsuliyyətə cəlb edilib
05.11.2024 17:45
Oktyabrın 27-də və noyabrın 3-də taksi minik avtomobili sürücüləri üçün keçirilən imtahanlarda 3 nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi müəyyən olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.


Bildirilib ki, bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.


Mərkəz tərəfindən əvvəlki illərdə keçirilmiş digər növdən olan imtahanlarda - xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmağa cəhd halları müəyyən edilib. Həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və həmin şəxslər məsuliyyətə cəlb edilib.


Mərkəz bir daha vətəndaşların nəzərinə çatdırır ki, belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanunun pozuntusuna şərait yaradılmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoyulmamalıdır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol